Abunə kartı ilə sayğaca balans yükləmə
- Sayğac normal istifadə zamanı ekranda nə qədər balans qaldığını göstərir.
- Kart sayğaca taxıldıqdan sonra ABUNƏ/KREDİT/YÜKLƏNDİ məlumatını görmədən kartı çıxarmayın.
- Kartı tez çıxarsanız, balans yükləyə bilməzsiniz.
- Yüklənmiş balans qurtaranda sayğac avtomatik olaraq klapanı bağlayır və qaz istifadəsini dayandırır.
- Kart ilə balans yüklədikdən sonra klapan avtomatik olaraq açılır və qaz istifadəsi bərpa edilir.
- Karta yüklənən balans , əsas balans və ehtiyat balans olaraq iki cürdür. Ehtiyat balans miqdarı Qaz İstismar Xidməti tərəfindən 8 m3 olaraq müəyyənləşdirilib.
- Abunəçi ehtiyat balansı sayğacda əsas balans qurtardığı və ya az olan vaxtı yükləyə bilər.