24 May 2026,

header-img

Smart sayğac ekranında müxtəlif simvol və məlumatların mənası

 

     

      Kart sayğaca daxil etdikdən sonra sırayla müxtəlif məlumatlar gəlir.

  • (ABUNƏ)  Kartın sayğaca aid olduğunu göstərir.
  • (KREDİT)-(YÜKLƏNDİ) balans yükləmə işləmi yekünlaşmışdır.
  • (NƏZARƏT)  Bu məlumat  təhlükəsizliklə bağlıdır,qaz istifadə xətlərinin yoxlayaraq bağlı olduğundan əmin olduqdan sonra kartı yebidən daxil edin. Bu zaman klapan açılacaqdır.

LCD    ekranda digər məlumatların izahı

  • (XƏTA)   Sayğaca balans yüklənməsi zamanı, kart əməliyyatı yekunlaşmadan kart sayğacdan çıxarılarsa , ekrana “XƏTA” məlumatı gəlir.
  • (XİDMƏT)   Sayğacın klapanı açma-bağlama sistemində problem varsa, nasazlıq simvolu yanır, ekrana “ XİDMƏT” məlumatı gəlir.
  • (CƏZA 2)   Sayğacın batareya qapağı çıxarılmalı olarsa, “CƏZA 2” məlumatı gəlir.
  • (BAT AZ)   Sayğacın batareya səviyyəsi azalarsa,  ekrana “BAT AZ” məlumatı gəlir.
  • (YARARSIZ)   Kart  sayğaca səhv daxil edilərsə, ekrana  “YARARSIZ” məlumatı gəlir.