24 May 2026,

header-img

Smart sayğaclardan istifadə qaydaları

 

   Abunə kartı ilə sayğaca balans  yükləmə

  • Sayğac normal istifadə zamanı ekranda nə qədər balans qaldığını göstərir.                              
  • Kart sayğaca taxıldıqdan sonra ABUNƏ/KREDİT/YÜKLƏNDİ məlumatını görmədən kartı çıxarmayın.
  • Kartı tez çıxarsanız, balans yükləyə bilməzsiniz.
  • Yüklənmiş balans qurtaranda sayğac avtomatik olaraq klapanı bağlayır və qaz istifadəsini dayandırır.
  • Kart ilə balans yüklədikdən  sonra  klapan avtomatik olaraq açılır və qaz istifadəsi bərpa edilir.
  • Karta yüklənən balans , əsas balans və ehtiyat balans olaraq iki cürdür. Ehtiyat balans miqdarı Qaz İstismar Xidməti tərəfindən 8 m3  olaraq müəyyənləşdirilib.
  • Abunəçi ehtiyat balansı sayğacda əsas balans qurtardığı və ya az olan vaxtı yükləyə bilər.