24 May 2026,
1.1 Əhali abonenlərinin mənzillərində quraşdırılmış sayğaclar aşağıda göstərilən hallarda qaz xəttinin üzərindən çıxarıla bilər:
-Sayğacın hesablayıcı mexanizminə, hesablayıcı mexanizminin və birləşmələrinin plomblarına müdaxilə olunduqda, növbədənkənar Dövlət yoxlamasına göndərilməsi üçün;
-Sayğac düzgün işləmədikdə (sayğacdan qaz keçmədikdə, aşağı sərfiyyatı qeyd etmədikdə, hesablama mexanizmi dayandıqda, elektron hissəsi işləmədikdə, işlək vəziyyətdə müəyyən səslər gəldikdə) növbədənkənar Dövlət yoxlamasına göndərilməsi üçün;
-Mənzil daxilində və ya həyətlərdə quraşdırılmış sayğaclar kənara çıxarıldıqda;
-Sayğaclar yeni müasir tipli sayğaclarla əvəz edildikdə;
-Sayğac faktiki sərfiyata uyğun olmadıqda;
- Sayğacın növbəti Dövlət yoxlamasının vaxtı çatdıqda;
-Sayğacın birləşməsində sızma aşkar olunduqda.
1.2 Qaz sayğaclarına yerində baxış zamanı təbii qazdan qanunsuz istifadə halları (sayğaca, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və ya sayğacın yivli birləşməsinə vurulmuş plomba müdaxilə olunduqda) aşkar edildikdə, qaz təminatı dərhal dayandırılır. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar istehlakçı tərəfindən aradan qaldırıldıqdan sonra, qazın verilməsi bərpa edilir.
1.3 Qaz sayğaclarının növbəti Dövlət yoxlanılmasından keçirilməsini Azəriqaz İB-nin müvafiq stuktur bölmələri tərəfindən müvafiq qaydada təmin edir. İstehlakçının arzusu ilə və ya müdaxilə hallarında qaz sayğacının Dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
1.4 Qeyri-iş saatlarında qaz sayğacının normal işləməsində hər hansı bir nasazlıq, sızma və s. barədə Azəriqaz İB-nin müvafiq stuktur bölmələrinə daxil olan məlumatlar qeydiyyata götürülərək dərhal yerində araşdırılır. Plombun qırılmasına və ya sayğacın dəyişdirlməsinə zəruriyyət yaranarsa qaz təminatı dayandırılır və növbəti iş günü ərzində müvafiq qaydada tədbir görülür.
1.5 Hər hansı bir təbii fəlakət nəticəsində yararsız hala düşən qaz sayğacı Azəriqaz İB-nin müvafiq stuktur bölmələri tərəfindən əvəzlənir.