24 May 2026,
Sel sularının təsirinə məruz qalan Naxçıvan–Sədərək magistral qaz kəmərinin açıq qalan hissələrində bərpa işləri aparılıb. Kəmərin üzəri torpaqla örtülərək möhkəmləndirilib. Qeyd edək ki, magistral qaz kəmərlərində təhlükəsizlik ən mühüm prioritetlərdən biridir. Hər hansı təbii hadisə və ya təsadüfi zədələnmə hallarında operativ reaksiya göstərilməsi, qazın fasiləsiz və təhlükəsiz ötürülməsində xüsusi əhəmiyyət kəsb edir.