Smart sayğaclarda nələrə diqqət edilməlidir
- Sayğacdan istifadə etdiyiniz zaman kartı sayğaca taxılı vəziyyətdə qoymayın.
- Qaz kartınızın itirilməsi və ya xarab olması halında ASAN xidmətə müraciət edərək yeni kart ala bilərsiniz.
- Sayğacınızı birbaşa günəş işığına məruz qoymayın.
- Sayğacınızı hər hansı bir zərbəyə qarşı qoruyun və mühavizəyə alın.
- Lazım olarsa , qabaq şüşəsini quru əski ilə silə bilərsiniz.
- Sayğacınızda yüklü balans miqdarını, məlumatları və xəbərdarlıqları müəyyən intervallarla yoxlayın
- Balansınız qurtarmadan da istədiyiniz qədər balans alıb yükləyə bilərsiniz.
- Sayğacla əlaqədar probleminiz olarsa Qaz İstismar Xidmətinə müraciət edin.