24 May 2026,
27 Sentyabr – Anım Günü münasibətilə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsinin rəhbərliyi və əməkdaşları Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edərək Şəhidlər Xiyabanını ziyarət ediblər. Ziyarət zamanı şəhidlərin məzarları önünə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.