10 Iyun 2026,
Qəbuldan əvvəl Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi Ramin İsmayılov və Şahbuz rayon İcra Hakimiyyəti başçısı Rəfael Babayev Ümmumilli lider Heydər Əliyevin əzəmətlə ucaldılan abidəsini ziyarət edib, gül dəstələri düzüb, ehtiramla yad ediblər. Yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi Ramin İsmayılov Şahbuz rayonunda həmin rayonun sakinləri ilə görüşüb. Şahbuz rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan görüşdə vətəndaşların müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərinə qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, növbəti aylarda Qaz İstismar Xidmətinin qrafikinə əsasən digər rayonlarda da görüşlər keçiriləcək.