24 May 2026,
20 Sentyabr - Neftçilər Günü ölkəmizdə neft-qaz sahəsində çalışan bütün əməkçilərin peşə bayramı kimi qeyd olunur. Bu münasibətlə “Azəriqaz” İB-nin Naxçıvan Regional Qaz İstismar İdarəsinin kollektivi də birgə iməclik və təmizlik işləri həyata keçirib. İdarə kollektivinin iştirakı ilə inzibati binanın ətrafı, xidməti sahələri və yaşıllıq zonaları səliqəyə salınıb, ağaclara və gül kollarına qulluq edilib, tullantılar toplanaraq mühitin təmizliyinə xüsusi diqqət yetirilib. Həmçinin Regional İdarənin əməkdaşları uzunluğu 670 metr, eni 50 metr olan ərazidəki ərik və tut meşə ağaclarına da qulluq göstərib.
Aksiyanın keçirilməsində məqsəd yalnız Neftçilər Gününü qeyd etmək deyil, həm də kollektivdə həmrəylik, birgə əmək mədəniyyətini möhkəmləndirmək və ekoloji mühitin qorunmasına töhfə verməkdən ibarətdir.