24 May 2026,
Naxçıvan RQİİ-də sosial yönümlü aksiya – “Bayrağımız, Qürurumuz!”
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsinin rəhbərliyi və kollektivi, eləcə də onların övladları sosial yönümlü fəaliyyət çərçivəsində Bayraq Meydanını və oradakı muzeyi ziyarət ediblər. Ziyarətin məqsədi uşaqlarda və gənc nəsildə vətənpərvərlik hisslərini gücləndirmək, bayrağımıza və dövlət rəmzlərimizə sevgi aşılamaqdır.