24 May 2026,

header-img
image

Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

12 dekabr tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü münasibətilə onun xatirəsi ehtiramla yad edilib.

Bu məqsədlə SOCAR-ın “Azəriqaz” İB-nin Naxçıvan Regional Qaz İstismarı İdarəsinin rəisi Rəşad Cavadov və əməkdaşları tərəfindən Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri qoyulub.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmləndirilməsi istiqamətindəki tarixi xidmətləri bir daha xatırlanıb.