24 May 2026,

header-img
image

Təşkilatımızda çalışan şəhid ailəsinə ziyarət

Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini əziz tutmaq, onların ailələrinə daim diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur. Bu məqsədlə SOCAR-ın “Azəriqaz” İB-nin Naxçıvan Regional Qaz İstismar İdarəsinin rəhbərliyi və əməkdaşları anım günü ərəfəsində idarədə çalışan şəhid ailəsini ziyarət ediblər. Görüş zamanı şəhidimizin əziz xatirəsi ehtiramla yad olunub, ailəsinə dərin minnətdarlıq və ehtiram ifadə edilib. Bildirilib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun qazandığı tarixi Zəfər nəticəsində Azərbaycan yalnız torpaqlarını azad etmədi, eyni zamanda bütün dünyaya öz gücünü, birliyini və ədalətli mövqeyini nümayiş etdirdi. Ziyarət zamanı Regional İdarənin rəhbərliyi şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanıb, sonda onlara hədiyyələr təqdim olunub.