24 May 2026,
“Azəriqaz” İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsinin rəisi Rəşad Cavadov və Birliyin hüquq departamentinin direktoru Vüqar Eyvazov Sədərək rayonunda vətəndaş qəbulu keçirib.
Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Daha sonra Sədərək rayon icra hakimiyyətinin inzibati binasında vətəndaşların qəbulu həyata keçirilib, rayon sakinlərinin müraciətləri dinlənilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar qaz təchizatı ilə bağlı müxtəlif məsələlər — yeni qoşulmalar, mövcud şəbəkələrin yenilənməsi və texniki xidmətlə əlaqəli müraciətlər səsləndiriblər. Görüş zamanı onların bir çox problemləri yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılması və qısa müddətdə cavablandırılması üçün müvafiq şöbələrə yönləndirilib.
Sakinlər göstərilən diqqət və yaradılan şəraitə görə minnətdarlıq ifadə ediblər.