24 May 2026,
Naxçıvan Regional Qaz İstismarı İdarəsinin Sədərək rayonu üzrə xidmət sahəsinin bir qrup əməkdaşı göstərdikləri yüksək nəticələrə, işə məsuliyyətli yanaşmalarına və səmərəli əmək fəaliyyətlərinə görə fəxri fərmanla təltif edilib. Tədbir zamanı sahənin rəhbərliyi əməkdaşların peşəkarlığını və iş prosesinə verdikləri töhfəni yüksək qiymətləndirib. Qeyd olunub ki, bu kimi təltiflər işçilərin əməyinə verilən dəyərin göstəricisi olmaqla yanaşı, kollektivdə işgüzarlığın və motivasiyanın daha da artmasına xidmət edir.