24 May 2026,
Qəbuldan əvvəl Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi Ramin İsmayılov və Culfa rayon İcra Hakimiyyəti icra başçısının müavini Sara Hüseynova Ümummilli lider Heydər Əliyevin əzəmətlə ucaldılan abidəsini ziyarət edib, gül dəstələri düzüb, ehtiramla yad ediblər.
Oktyabrın 2-də Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi Ramin İsmayılov Culfa rayonunda həmin rayonun sakinləri ilə görüşüb.Culfa rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan görüşdə vətəndaşların müraciətləri dinlənilib. Müraciətlərin qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.