24 May 2026,
Qəbuldan əvvəl Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi Ramin İsmayılov və Babək rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov Ümummilli lider Heydər Əliyevin əzəmətlə ucaldılan abidəsini ziyarət edib, gül dəstələri düzüb, ehtiramla yad ediblər.
Dekabrın 11-də Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi Ramin İsmayılov Babək rayonunda həmin rayonun sakinləri ilə görüşüb. Babək rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan görüşdə vətəndaşların müraciətləri dinlənilib. Müraciətlərin qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.