24 May 2026,
Qəbuldan əvvəl Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən rəis müavini Ramin Dünyamalıyev və Ordubad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Məmmədov Ümummilli lider Heydər Əliyevin əzəmətlə ucaldılan abidəsini ziyarət edib, gül dəstələri düzüb, ehtiramla yad ediblər. Aprelin 17-də Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən rəis müavini Ramin Dünyamalıyev Ordubad rayonunda həmin rayonun sakinləri ilə görüşüb. Ordubad rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan görüşdə vətəndaşların müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərinə qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, növbəti aylarda Qaz İstismar Xidmətinin rəhbərliyi tərəfindən qrafikə əsasən digər rayonlarda da görüşlər keçiriləcək.