24 May 2026,

header-img
image

Naxçıvan RQİİ-də əməkdaşların yeni struktura keçirilməsi prosesi həyata keçirilir

Ölkə başçısının 2024-cü il 29 dekabr tarixli müvafiq Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin funksiyaları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyinə verilib. SOCAR-ın 07 iyul 2025-ci il tarixli əmrinə əsasən “Azəriqaz” İstehsalat Birliyinin tabeliyində Naxçıvan Regional Qaz İstismarı İdarəsi (Naxçıvan RQİİ) yaradılıb. Hazırda Naxçıvan RQİİ-nin struktur bölmələrinin tam formalaşdırılması və işçi heyətinin müvafiq qaydada yeni struktura keçirilməsi prosesi davam edir. Bu səbəbdən qulluqçu kateqoriyasında çalışan işçilər üçün test imtahanları, fəhlə kateqoriyasından olan əməkdaşlar üçün isə peşə sınaq imtahanları təşkil olunub. Peşə sınaq imtahanlarında fəhlə kateqoriyasında çalışan əməkdaşların peşə bacarıqlarının səviyyəsi müəyyənləşdirilir.


Ətraflı video materialda: https://youtu.be/-AIN7MTZNVY?si=Uzep1NcK93kNOmDZ