24 May 2026,

header-img
image

Naxçıvan RQİİ-də çalışan qazilərlə görüş keçirilib

27 Sentyabr – Anım Günü ərəfəsində “Azəriqaz” İB-nin Naxçıvan Regional Qaz İstismarı İdarəsində (RQİİ) Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş, bu gün isə əmək fəaliyyətini davam etdirən qazilərlə görüş keçirilib. Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Naxçıvan RQİİ-nin rəhbəri çıxış edərək bildirib ki, qazilərimizin göstərdiyi şücaət hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Onun sözlərinə görə, bu gün xalqımızın qalib dövlət kimi yaşaması məhz şəhid və qazilərimizin fədakarlığı sayəsində mümkün olub və bu qəhrəmanlıq heç vaxt unudulmayacaq. Tədbirdə çıxış edən digər əməkdaşlar da qazilərlə birgə çalışmaqdan böyük qürur və şərəf duyduqlarını bildiriblər. Onlar qazilərin həm döyüş meydanında, həm də əmək fəaliyyətində nümayiş etdirdikləri sədaqətin hər bir işçiyə nümunə olduğunu xüsusi vurğulayıblar. Görüşün sonunda qazilərə xüsusi plaketlər təqdim olunub. Bu plaketlər onların həm Vətən qarşısındakı qəhrəmanlıqlarına, həm də təşkilat daxilindəki xidmətlərinə verilən dəyərin bariz ifadəsidir. Qazilər və əməkdaşlar göstərilən diqqət və qayğıya görə təşəkkür edərək, Vətənə və xalqa xidmət etməyi özlərinə borc bildiklərini qeyd ediblər.