24 May 2026,

header-img
image

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində Ulu Öndərlə bağlı tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində Azərbaycanın Ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev –Müstəqil Azərbaycan dövlətinin yaradacısı” mövzusunda tədbir keçirilib.

Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Ramin Dünyamalıyev giriş sözü ilə çıxış edərək tədbiri açıq elan edib. Daha sonra Ümumi işlər və təsərrüfat şöbəsinin müdiri Mehdi Əliyev,Ümumi işlər və təsərrüfat şöbəsinin əməkdaşı Aminə Seyidova, Xidmətin Yeni Azərbaycan Partiyasının ərazi ilk təşkilatının sədri İlqar İsmayılov və İctimaiyyətlə əlaqələr üzrə məsləhətçi Arzu Kəngərli çıxışlarında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərindən, onun müstəqil Azərbaycanın qurulması və inkişafı yolunda göstərdiyi xidmətlərdən bəhs ediblər. Bildirilib ki, Ümummilli Liderin xalqı və dövləti yolunda xidmətləri daim minnətdarlıq hissləri ilə xatırlanır. Onun layiqli davamçısı Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan bu gün böyük inkişaf və zəfər yolu keçib. Xalqımız qazandığı müstəqilliyə və onun qorunub saxlanılması sahəsində əldə etdiyi nailiyyətlərə görə dahi oğluna daim minnətdardır.

Tədbirin sonunda müəssisənin səmərəli fəaliyyəti və inkişafı istiqamətində göstərdiyi xidmətlərə, qarşıya qoyulmuş vəzifələrin icrasında və nizam-intizam qaydalarının qorunmasında nümunəviliyə görə Xidmətin bəzi əməkdaşları fəxri fərmanla təltif ediliblər.