24 May 2026,

header-img
image

Həm maraqlı, həm də maarifləndirici ekskursiya

20 Sentyabr – Neftçilər Günü ərəfəsində “Azəriqaz” İB-də çalışan əməkdaşlar və onların övladları üçün maraqlı və maarifləndirici tədbir təşkil olunub. Belə ki, “Suraxanı” Gəmi Muzeyinə ekskursiya baş tutub. Ekskursiyanın əsas məqsədi Birlik əməkdaşlarının övladlarının tariximiz və dənizçilik ənənələrimiz haqqında biliklərinin artırılması, həmçinin onların asudə vaxtlarının səmərəli təşkili olub. Muzeyin balaca ziyarətçiləri qədim yelkənli gəmilərdən tutmuş müasir dövrün nəhəng tanker və sərnişin gəmilərinə qədər müxtəlif eksponatlarla tanış olublar. Dənizçilikdə istifadə olunan naviqasiya alətləri, xəritələr və dənizçilərin şəxsi əşyaları uşaqlarda böyük maraq doğurub. Ekskursiya “Azəriqaz”ın sosial yönümlü fəaliyyətinin, həmçinin əməkdaşların ailələrinə göstərilən diqqət və qayğının  nümunəsi kimi qiymətləndirilib.